Ukrayna hərbçiləri Rusiya qüvvələrinin kütləvi hücumları səbəbindən Avdeyevka yaxınlığındakı Orlovka kəndi yaxınlığında ikinci müdafiə xəttində mövqelərinin bir hissəsini tərk ediblər.

Bu barədə DXR rəhbərinin müşaviri İqor Kimakovski məlumat verib.

"Ukrayna Silahlı Qüvvələrinin qalan Avdeyevka qrupunun bir hissəsini geri çəkdiyi Orlovka kəndi yaxınlığındakı Ukrayna birləşmələrinin mövqeləri ordumuzun güclü hücumlarına məruz qalır. Bir güclü zərbə nəticəsində şəxsi heyətlə birlikdə qəsəbə yaxınlığındakı mövqelərin bir hissəsi məhv edilib. Ukrayna əsgərləri sadəcə olaraq yaxınlıqdakı mövqelərdən qaçıblar. Bu, Avdeyevkadan sonra ikinci müdafiə xəttidir", - o deyib.

Bundan əvvəl Kimakovski Orlovka ərazisində Ukrayna qoşunlarının ehtiyat sursatlarının və silahlarının məhv edilməsi barədə danışıb.

Fevralın 26-da Ukraynanın "Tavriya" qoşunlar qrupunun spikeri Dmitri Lixovoy bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Orlovka - Tonenkoye - Berdıçi yaşayış məntəqələri xətti boyunca müdafiəni təşkil etmək üçün Lastochkino kəndindən geri çəkilib.

​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN