Rusiya hüquq-mühafizə orqanları Dövlət Dumasının keçmiş deputatı Vadim Belousovu 3,25 milyard rubl məbləğində rüşvətlə bağlı cinayət işi çərçivəsində beynəlxalq axtarışa verib.

Tezadlar.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib.

"Rusiya hüquq-mühafizə orqanları onu İnterpolun Milli Bürosu vasitəsilə axtarır - Belousov da beynəlxalq axtarışdadır", - məlumatda 2023-cü il sentyabrın 11-də Belousovun federal axtarışa verildiyi açıqlanıb.

2022-ci il avqustun 3-də Moskva Şəhər Məhkəməsi Belousovu 3,25 milyard rubl məbləğində rüşvət almaqda təqsirli bilərək, 10 il müddətinə ciddi rejimli koloniyaya və 500 milyon rubl cəriməyə məhkum edib. Belousovun qayınanası Marqarita Butakova birinci instansiya məhkəməsi tərəfindən şərti cəzaya məhkum edilib - o, dörd il sınaq müddəti və 500 milyon rubl cərimə ilə dörd il şərti həbs cəzası alıb. Eyni zamanda, məhkəmə Belousov və Butakovadan 3,25 milyard rubl məbləğində rüşvətin birgə və ayrı-ayrılıqda dövlətin xeyrinə alınmasına qərar verib.

2023-cü il dekabrın sonunda Rusiya Federasiyasının Ali Məhkəməsi keçmiş deputatın müdafiəsinin kassasiya şikayətini təmin edib - onun və qayınanasının hökmünü ləğv edərək, onların işini başqa tərkibdə birinci instansiya - Moskva Şəhər Məhkəməsi baxışına göndərib. Kassasiya məhkəməsi bütün prosessual məcburiyyət tədbirlərini ləğv edib: cərimələr, əmlakın müsadirəsi, həmçinin Vadim Belousova qarşı qiyabi həbs qətimkan tədbiri. Beləliklə, eks-deputat məhkum olmayan statusunu bərpa edib, - daha əvvəl mətbuata müsahibəsində vəkili Lyudmila Aivar aydınlıq gətirib.

Ötən il noyabrın 1-də Rusiya Federasiyasının Dövlət Duması komitə və komissiyaların iclaslarını buraxdığına görə Belousovun (“Ədalətli Rusiya – Həqiqət naminə”) səlahiyyətlərinə vaxtından əvvəl xitam verib. Komissiyanın qərarında vurğulandığı kimi, deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün əsas kimi deputatın üzvü olduğu komitə və komissiyaların iclaslarında şəxsən iştirak etmək səlahiyyətlərini 30 və daha çox təqvim günü ərzində yerinə yetirməməsi göstərilib.

​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN