Avropanın 30-dan çox media təşkilatı Amerikanın Google korporasiyasını məhkəməyə verib və təqribən 2,1 milyard avro təzminat tələb edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iddia Google-un rəqəmsal reklam siyasətinə aiddir.

Nəşr iddiaçıların bəyanatından sitat gətirib: "Əgər Google öz dominant mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri əhəmiyyətli dərəcədə daha çox reklam gəliri əldə edə və reklam xidmətləri üçün daha az pul ödəyə bilərdilər".

Avropanın 17 ölkəsindən Axel Springer, Schibsted, DPG Media və digər media şirkətləri Hollandiyada iddia qaldırıb.

2023-cü ilin iyununda Avropa Komissiyası Google-u reklam biznesində antiinhisar qanunlarına əməl etməməkdə ittiham edib. AK son illərdə ABŞ-ın aparıcı rəqəmsal korporasiyalarına, o cümlədən Microsoft, Google və Amazona Aİ-nin rəqəmsal rəqabət qaydalarını pozduğuna görə çox milyard dollarlıq cərimələr tətbiq edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN