Qəzza zolağında fələstinlilərin sayı 30 mini keçib, 70 mindən çox insan isə yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində məlumat verib.

“Qəzzada ölənlərin sayı 30 mini keçib, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır”, - deyə o yazıb: “70 mindən çox fələstinli yaralanıb”.

"Bu, dəhşətli zorakılıqdır və əzablara son qoyulmalıdır" deyən Qebreyesus atəşkəsin zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas almağa başladı. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzza zolağında yenidən hərbi əməliyyatlara gedəcəyini açıqlayıb. Fələstin Administrasiyası İsrailin yeni təcavüzündə ABŞ-ı günahlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN