Xəbər verdiyimiz kimi, Türkiyə mediası prezidentlər Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında Moskvada gözlənilən görüş barədə məlumat yayıb. Ancaq Ərdoğanın ətrafındakılar belə planlardan xəbərsiz olduqlarını bildiriblər.

Tezadlar.az yerli mənbəyə istinadən xəbər verir.

“Aydınlık” qəzeti Türkiyə və Suriya prezidentlərinin Rusiya lideri Vladimir Putinin köməyi ilə yaxın vaxtlarda Moskvada görüş keçirə biləcəyini yazıb. Tarixin Rusiya prezidentinin Türkiyəyə səfərindən sonra müəyyənləşdirilməsi planlaşdırılır.

Lakin Ərdoğan administrasiyası mətbuatda yayılan məlumatı təkzib edib.

“Bizim bu barədə heç nə bilmirik”, - mənbə bildirib.

Suriya vətəndaş müharibəsi zamanı Ankara Əsədin əleyhdarlarının tərəfində olub. Lakin indi tərəflər hesab edir ki, münasibətləri normallaşdırmağın vaxtı çatıb. Ötən ilin dekabrında iki ölkənin müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlar Rusiyada baş tutub.

Əsəd hesab edir ki, münasibətlərin tam normallaşması üçün Türkiyə qoşunlarını Suriyadan çıxarmaq lazımdır. Eyni zamanda, Ərdoğan ötən yay Əsədlə əlaqə saxlamağa hazır olduğunu bildirsə də, hazırda Suriyanın şimalında yerləşən ordu hissələrinin çıxarılmasını istisna edib.

​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN