Ukraynanın cənub-şərqində yerləşən Dnepr (keçmiş Dnepropetrovsk) şəhərində partlayışlar baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin aviareyd xəritəsindən verilən məlumata görə, Xarkov, Dnepropetrovsk və Nikolayev vilayətlərində sirenlər səslənir.

Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Bir gün əvvəl Ukraynanın Dnepropetrovsk, Xarkov, Kirovoqrad və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Bundan əvvəl Rusiya Aerokosmik Qüvvələrinin Odessadakı hədəflərə bir neçə zərbə endirdiyi bildirilirdi. Ehtimallara görə, Rusiya hərbçiləri Yujnı limanı ərazisindəki raket və artilleriya silahları anbarına hücum edib. Martın 1-də Sevastopolda hava hücumu xəbərdarlığı təxminən bir saat davam edib.

​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN