Avropa İttifaqı ölkələrinin səfirlərinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etməsi ittifaqın ümumi xarici siyasəti ilə bağlıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

O, həmçinin bunu qəbul edən ölkənin səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə zamanı səfirliklər arasında koordinasiya üçün standart təcrübə adlandırıb.

Stano bildirib ki, Aİ öz ümumi xarici siyasətini təşviq edib həyata keçirərkən, Aİ səfirliklərinin planlaşdırma işlərini və ev sahibi ölkə hakimiyyət orqanları ilə qarşılıqlı əlaqələrini əlaqələndirmək standart təcrübədir.

Mətbuat katibi Aİ ölkələrinin üçüncü ölkələrdəki diplomatik nümayəndəliklərinin hərəkətləri barədə xarici siyasət xidmətinə məlumat verib-verməməsi ilə bağlı sualı belə cavablandırıb. Stano əlavə edib ki, Aİ-nin Moskvadakı nümayəndəliyi hadisədən sonra artıq bir sıra Rusiya mediasına Brüsselin bu məsələ ilə bağlı mövqeyini izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN