Respublikaçılar Partiyasından olan konqresmenlər Ukraynaya kredit şəklində mümkün maliyyə təminatını aktiv şəkildə müzakirə edirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Qəzetin yazdığına görə, ABŞ parlamentariləri bir neçə aydır ki, Ukrayna, Tayvan və İsrailə pul ayrılması məsələsində kompromis tapa bilmirlər.

Bunun fonunda Respublikaçılar və Demokratlar həm paketlənmiş, həm də ayrı-ayrılıqda müxtəlif təşəbbüslərlə çıxış edirlər.

Belə ki, respublikaçılar Ukrayna üçün təxminən 12 milyard dollar məbləğində aşağı faizli və ya faizsiz kreditin verilməsini təklif ediblər.

Onların fikrincə, bu variant həm Nümayəndələr Palatası, həm də ABŞ üçün məqbul ola bilər. Bundan əlavə, bunu əvvəllər dəfələrlə əvəzsiz ayırmalara qarşı çıxan ABŞ-ın 45-ci prezidenti Donald Tramp da təsdiq edə bilər.

Xatırladaq ki, bundan əvvəl konqresmenlər ABŞ tərəfdaşlarına 106 milyard dollar ayırmaq təşəbbüsü ilə çıxış etmişdilər. Bu məbləğin böyük hissəsinin Kiyevə göndərilməsi planlaşdırılırdı.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA