İsrail polisi HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısını həbs edib.

TEZADLAR.AZ “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, əməliyyat İsrail polisi və təhlükəsizlik xidməti ilə birgə keçirilib. Reyd zamanı saxlanılan Zeba Əbdül Salem Haniyənin evində müxtəlif sənədlərin, rabitə vasitələrinin, telefonların və qanun pozuntularını sübut edən digər dəlillərin aşkarlandığı iddia olunur.

Silahlılarla əlaqədə saxlamaqda və terrorizmi dəstəkləməkdə ittiham edilən 57 yaşlı qadının bu gün Beer-Şeva şəhər məhkəməsi qarşısına çıxarılacağı gözlənilir.

 

AZƏRTAC

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA