Xarkovda demək olar ki, bütün kritik enerji infrastrukturu məhv edilib və şəhərin enerji sənayesi üçün vəziyyət çox ağırdır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə aprelin 1-də şəhərin meri İqor Terexov məlumat verib.

Xatırladaq ki, mer martın 24-də Xarkovda bütün transformator yarımstansiyalarının və istilik elektrik stansiyalarının dağıldığını bildirmişdi. Elektrik təchizatının bərpası vaxtı məlum deyil.

“Demək olar ki, bütün kritik enerji infrastrukturu artıq dağıdılıb, özəl infrastruktur da məhv edilib... Energetika sənayesi üçün vəziyyət çox çətindir”, - Terexov bildirib.

Onun sözlərinə görə, işıqların kəsilməsi zamanı şəhər sakinləri mütəmadi olaraq istilik mərkəzlərinə və məktəblərə baş çəkirlər. Orada insanlar pulsuz qidalanır.

Xatırladaq ki, martın 22-də Rusiya Müdafiə Nazirliyi energetika obyektlərinə, hərbi-sənaye kompleksinə, dəmir yolu sisteminə, arsenallara və Ukrayna qoşunlarının və muzdlularının yerləşdirilmə məntəqələrinə silsilə hücumlar həyata keçirdiyini açıqlamışdı. KİV İvano-Frankivsk, Xmelnitski, Vinnitsa və Lvov vilayətlərində, Kiyev, Xarkov, Krivoy Roq və Sumıda partlayışlar barədə məlumat yayıb. Bundan sonra təkcə Xarkovda deyil, Odessa, Kirovoqrad, Dnepropetrovsk və Poltava vilayətlərində də elektrik enerjisi kəsilib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA