Şirkətə məxsus 6 saylı marşurut avtobusu sərnişinlər də içəridə olarkən yanmağa başladı…

Bu gün səhər saat 11:55 radələrində «BakuBus» şirkətinə məxsus 99 JU 829 dövlət qeydiyyat nömrə nişanlı 6 saylı marşurut avtobusunda sərnişinlər qorxulu anlar yaşadılar. 6 saylı marşurut avtobusu şəhərin Axundov bağına paralel dayanacaqdan hərəkətə gəlib üzü “Sovetski” istiqamətinə getmək istəyərkən qəflətən  salonun arxa hissəsində tüstülənmə başladı. Tüstü anidən qatı dumana çevrildiyindən, sərnişinlər həyəcan və qorxu içərisində qışqıraraq qapının açılmasını tələb etdilər. Sürücü də özünü itirmədən, qapıları aça bildi. Qapılar açılsa da, tüstü- dumandan düşəcəyimiz yer belə görünmürdü. Nəhayət, sərnişinlər hamısı sağ-salamat avtobusdan çıxa bildilər. Amma avtobusun həm içərisindən, həm də çöl tərəfin arxa hissəsindən çox güclü tüstü qalxırdı. Bu zaman hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və 2-3 dəqiqə ərzində yanğınsöndürən maşın gəldi. Ancaq yanğınsöndürən maşının müdaxiləsinə ehtiyac qalmadı. Çünki tüstü-duman tədricən səngiməyə başladı və bir neçə dəqiqə ərzində tamam dayandı.

Tüstünü belə güclü görüb, «BakuBus»un qazla işlədiyini nəzərə alsaq, təhkükənin miqyasının böyük olacağını düşünürdük. Elə bu məqsədlə də verdiyimiz suala sürücü Abbas Abbasov belə cvab verdi: “Yanğın motor hissədə olan qısa  qapanmadan baş verib. Bunun da nəticəsində motor hissəsində olan şlank və remen yanmağa başlayıb. Motor hisəsində olan yanğınsöndürən balon avtomatik işə düşdüyündən yanğının güclənməsinin qarşısı alınıb”.

Avtobusun arxa hissəsini açılmış yerindən də görünürdü ki, mühərrik hissələrinin üstü yanğınsöndürən balondan çıxan köpüklərlə örtülüb. Çox şükürlər olsun ki, yanğın təhlükəsi sovuşdu və heç bir xəsarət alan olmadı.

Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN