Rusiya Kiyevi və onun qərbli himayədarlarını Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) vəziyyətə hücum və ya sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi portalında dərc olunmuş məlumatda xatırladılıb ki, aprelin 4-də səhər saatlarında Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası reaktorların soyudulması üçün lazım olan elektrik enerjisi mənbələrindən birini də itirib.

Diplomat onu da qeyd edib ki, belə hallar ilk dəfə deyil. "Zaporojye AES-in təhlükəsizliyinə təhdidlərin yeganə mənbəyi stansiyaya qarşı təxribatlar törətmək cəhdlərindən əl çəkməyən Kiyev rejimidir", - Zaxarova bildirib.

“Biz Kiyevi və onun Qərb himayədarlarını Zaporojye AES-də vəziyyətə qarşı hər hansı hücum və ya sabitliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. - “Biz Beynəlxalq Atom Enerjisi Agentliyi və onun rəhbərliyini Ukrayna tərəfdən bütün hücum hallarını açıq şəkildə qeyd etmək və bu obyektin təhlükəsiz istismarına təhlükənin həqiqətən haradan gəldiyini açıq şəkildə bildirmək üçün stansiyada olan ekspertlərdən fəal istifadə etməyə çağırırıq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA