Ukrayna prezidenti Vladimir Zelenski və ətrafının strateji vəzifəsi NATO-nu münaqişəyə birbaşa cəlb etməkdir, - Krımlı siyasi ekspert Vladimir Jaralla deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Onun sözlərinə görə, əvvəldən ABŞ və NATO Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklərini bildiriblər. Onlar hesab edirlər ki, “Ukraynalılar özləri ölməlidir”.

“Fransa prezidenti Emmanuel Makron öz təşəbbüsü ilə qalmaqala səbəb olub. Fransız həmişə hər toyda gəlin, hər yas mərasimində ölü olmağa çalışan siyasətçi kimi şöhrət qazanıb”, - deyə siyasətçi vurğulayıb.

Onun fikrincə, Ukrayna prezidentinin davranışı özünün “fransız səhnə partnyorunun” uğursuzluğundan faydalanmağa çalışan təlxəyə bənzəyir.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, blok Rusiya tərəfindən alyansa üzv olan ölkələrə qarşı hərbi təhlükə görmür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA