İsrail bazar günü gecə Qəzza zolağının cənubundan bütün ordu hissələrini çıxarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, indi İsrail ordusunun yalnız bir briqadası - Nahal qalıb, o, İsrailin cənubu ilə Qəzza sahilləri arasındakı dəhlizin təhlükəsizliyini təmin etməlidir.

Qeyd olunur ki, qoşunların çıxarılması Xan Yunis şəhəri ərazisində döyüşlərin başlamasından dörd ay sonra və HƏMAS-a qarşı əməliyyatın başlamasından altı ay sonra baş verib.

KİV-in məlumatına görə, İMQ qoşunların çıxarılmasının siyasi təzyiq və ya ABŞ prezidenti Co Baydenin tələbləri ilə bağlı olmadığını qeyd edir. Hərbçilərin qiymətləndirmələrinə görə, Xan Yunisdə çox aktivliyə ehtiyac yoxdur və onlar kəşfiyyat məlumatları əsasında və lazım gəldikdə məqsədyönlü reydlər keçirəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA