İranın dəstəklədiyi husilər Böyük Britaniya və İsrailə məxsus 3 gəminin Qırmızı dəniz, Oman dənizi və Hind okeanında vurulduğunu açıqlayıb.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri ''Əl-Mesirah'' telekanalına verdiyi müsahibədə Böyük Britaniyaya aid bir gəminin Qırmızı dənizdə raketlərlə hədəf alındığını söylədi.
İşğal altındakı Fələstin limanlarına gedən 2 İsrail gəmisinin də vurulduğunu qeyd edən Seri, ilk gəminin (MSC GRACEF) Hind okeanında, digərinin (MSC GINA) Oman dənizində ballistik raketlərlə hədəf alındığını qeyd edib.
Yəhya Seri Qəzzaya hücumlar dayanana qədər İsrail gəmilərinin Qırmızı dəniz, Oman dənizi və Hind okeanından keçməsinə mane olacaqlarını bir daha vurğulayıb.
İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrail şirkətlərinə məxsus ticarət gəmilərini ələ keçirir və bəzi ərazilərinə də raketlərlə hücum edir. 
Husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA