Rusiya və Ukrayna qardaş xalqlar idilər, amma indiki reallıqda onlar düşmənə çevriliblər, bu, Moskvanın günahı ucbatından olub.

Tezadlar.az xəbər verir ki, bu fikri Yaponiyanın Kyodo nəşrinə müsahibəsində Ukraynanın keçmiş prezidenti Leonid Kuçma söyləyib.

Jurnalistin rusların və ukraynalıların qardaş xalqlar hesab edilməsinə dair sözlərinə cavab olaraq Kuçma “qardaşlar arasında düşmənçilik və hətta nifrət olduğunu” deyib və Qabillə Habilin bibliya hekayəsini xatırladıb.

"Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir", - Kuçma deyib.

Onun fikrincə, “qardaş düşmən olarsa, xəyanətdən də pis olar”. O, hadisələrin bu cür inkişafına görə məsuliyyəti Vladimir Putinin üzərinə qoyub.

Ukraynanın eks-prezidenti vurğulayıb ki, Kiyev Moskva ilə bərabərhüquqlu və dostluq münasibətlərinə can atır, bu gün bu, “absurd kimi səslənir”. Keçmiş dövlət başçısı hesab edir ki, Rusiya “hamını düşmən və vassallara bölür”.

Bundan əvvəl Rusiya prezidenti Ukraynadakı münaqişəni bir xalqın qarşıdurması adlandırmışdı.

"Çətin və acıdır ki, mahiyyət etibarilə bir xalq bir-biri ilə vuruşur. Əslində, qarşıdurma bir xalqın daxilində gedir", - Rusiya prezidenti qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA