Xəbər verildiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının fövqəladə iclası keçirilib... İclasın əsas mövzusu partiyanın Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşovun sosial mediada yayımlanan qeyri-etik görüntüləri və onun partiyadan qovulmasıdır...

"Təzadlar" bu barədə xüsusi məqalə ilə çıxış edib... Bəs YAP funksionerinin belə hərəkətinə səbəb nədir və bu cür halların qarşısı necə alınmalıdır? Tanınmış hüquqşünas Şəmsəddin Əliyev sualımıza belə cavab verdi:

-Belə faktlar narahatlıqla, həyacanla oxunur... Mən ümumilikdə çoxpartiyalı sistemin əleyhinəyəm. Belə sistemdə milli və vahid ideologiyanı qorumaq çətin olur. Partiyaların elektoratları bir-birilərini həzm etmirlər, ümumxalq maraqları qorunmur.Özəl maraqlara üstünlük verilir. Son bir il ərzində DTX-nın ölkədə həyata keçirdiyi tədbirlər nəticəsində hakimiyyətin icra budağında çalışan məmurların özəl maraqlara xidmət etməsi, etibardan və etimaddan sui-istifadə ilə bağlı faktların təsdiqi ictimai məmnunluqla qarşılanmışdır. Əslində bu, vətəndaşlardan daxil olan şikayət və məlumatların əyani təsdiqi idi. Həm də, Dövlət Başçısının və YAP elitar azlığın -İSTEBLİŞMENTin yuxarı pilləsində qərar tutan İlham Əliyevin öz komandasından başlamasına razılığın ifadəsi və təsdiqidir. Hamıya bəlli olan belə, mənəviyyata zidd hallara qarşı sərt davranılması nədənsə digərlərinə görk olmur. Qənaətimə görə bütün bunlar ona görə baş verir ki, kadrların seçilməsinə və təyinatına zəmanət verən dövlət məmurları təqdim etdikləri namizədləri haqqında Prezidentə şişirdilmiş, yalan məlumatlar verirlər. Heç bir idarəşilik təcrübəsi və peşəkarlığı olmayan şəxslər, kollektivlə işləmək bacarığı və qabiliyyəti bulanıq olanlar vəzifəcə irəli çəkilir və qısa zamanda nəticəsi utanc gətirir. Belə anlarda Prezidentin hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil.
Kadr bankımızda dövlətə və xalqa sədaqət nümayiş etdirən, qanında və canında göstərilən yüksək etimada xəyanətə meyli olmayanlar varsa da, sayı çox azdır. 44 günlük müharibədə də bunun şahidi olduq. Xalq Prezidentin yanında oldu, dəbdəbəli həyat sürən, övladlarını ölkədən çıxardan valideyn- məmurlar bu sırada olmadılar. Təbii ki, Prezident bütün bunlardan xəbərdardır. "Nəyi necə və nə vaxt edəcəyini O, daha yaxşı bilir."
Hesab edirəm ki, ölkədə-otel və restoranlarda (adları hamıya bəllidir), müəssisə və təşkilatlarda ictimai mənəviyyat əleyhinə olan hərəkətlərə qarşı  mübarizə güclənməlidir. Hamı bu işdə dəstək verməlidir. Vətəndaş cəmiyyəti nəzarətini gücləndirməlidir. Az qalıb ki, Hollandiyaya xas bir həyat sürək...
Xalq yenə və hər zaman Prezidentin yanında və bayrağının kölgəsində səf-səf, qürurla durub...

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN