ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydenin “oturmaq istəməsinə” baxmayaraq, hazırkı dövlət başçısı Co Baydenlə ayaq üstə debatların keçirilməsini təklif edib.

Tezadlar.az xəbər verir ki, Tramp bunu radio aparıcısı Hugh Hevitt ilə söhbətində deyib.

“Və çıxışlar üçün platforma vacibdir. Əgər o, oturmaq istəyirsə, bilirsiniz, oturmaq istədiyini göstərmək istəyir, düşünürəm ki, debat ayaq üstə aparılmalıdır”, - Tramp bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin seçki qərargahının rəhbəri Cen Dillon bildirib ki, keçmiş dövlət başçısı Donald Trampın üç raund debat keçirmək təklifi qəbul edilməyəcək.

Kampaniya qərargahının rəhbəri eks-prezidenti debatlarla oynamaqda ittiham edib. Baydenin tərəfdaşlarının fikrincə, Tramp əldə olunan razılaşmaları baxmayaraq, son anda debatları dəfələrlə pozur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN