Bakı Şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 261 nömrəli məktəb-liseydə "Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər?" adlı intellektual bilik yarışı keçirilib.

Tezadlar.az xəbər verir ki, belə yarışların keçirilməsində məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq, onların yeni biliklər öyrənməsini təmin etməkdən ibarətdir.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsənin, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, məktəbin pedaqoji heyəti, valideynlər və şagirdlər iştirak edib.  Çıxışlar zamanı uşaq travmatizminin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışılıb və maarifləndirici videoçarxlar nümayiş etdirilib.

Daha sonar ibtidai sinif şagirdləri arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. Yarışın qalibləri diplomlarla, fəal iştirak edən digər komandalarının üzvləri isə təşəkkürnamə ilə təltif olunublar.

Rövşanə XUDATQIZI

img-20240520-wa0019

img-20240520-wa0018

img-20240520-wa0017

img-20240520-wa0009

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN