Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində hərbi sursatların aşkarlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhalFHN Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

FHN-dən TEZADLAR.AZ-a verilən məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 1 ədəd 30 millimetrlik zenit artilleriya yivli top mərmisi, 1 ədəd 14,5 millimetrlik mərmi, 5 ədəd 7,62 millimetrlik LPS atıcı silah mərmisi, 32 ədəd 7,62 millimetrlik PS atıcı silah mərmisi, 96 ədəd 5,45 millimetrlik atıcı silah mərmisi, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd AK-74 güllə darağı olduğu müəyyənləşdirilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri sursatları zərərsizləşdirmək üçün ərazidən götürərək kənarlaşdırıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

s

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN