Rumıniya hakimiyyəti Rusiya səfirliyinin diplomatını ölkə ərazisində arzuolunmaz şəxs elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rumıniya hakimiyyəti 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlərə görə Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını Rumıniya ərazisində “persona non-qrata” elan etmək qərarına gəlib”, - deyə diplomatik departamentin açıqlamasında bildirilir.

Bu barədə Rusiya Federasiyasının bu ölkədəki müvəqqəti işlər vəkilinə Rumıniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bundan əvvəl Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) Rumıniya vətəndaşının dövlətə xəyanət ittihamı ilə ilkin olaraq ölkədə saxlandığını elan edib. Məlumata görə, o, Rusiyanın Buxarestdəki səfirliyinə Rumıniya və ya NATO hərbi obyektlərinin fotoşəkillərini göndərib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN