Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin yürüş etdiyi hökumət daçasında deyil, ölkənin şimalındakı daşqın zonasındadır.

Tezadlar.az xəbər verir ki, bu barədə hökumət aparatının rəhbərinin müavini Taron Çaxoyan Facebook-da yazıb.

“Müxalifət hərəkatının lideri Baqrat Qalstanyan bilir ki, baş nazir səhər tezdən fəlakət zonasındadır, ona görə də onun hərəkətləri təxribat xarakterlidir”, - o deyib.

Ermənistanın Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb. Yüzlərlə sakinin evi su altında qalıb, Gürcüstana gedən dövlətlərarası yol da bağlanıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, xilasetmə xidmətləri su basmış ərazilərdən 232 nəfəri təxliyə edib, hazırda bir nəfərin ölümü məlumdur.

Ermənistanın baş naziri postuna namizəd, müxalifət hərəkatının lideri Qalstanyan bildirib ki, İrəvanda tərəfdarlarının mitinqindən sonra o, Paşinyanla görüşməyi gözlədiyi hökumət daçalarına getməyi planlaşdırır. Hazırda minlərlə mitinq iştirakçısı hökumət daçalarına doğru hərəkət edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN