Rusiya Taliban hərəkatına Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün dəvət göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.

"Onlara dəvət göndərilib (Taliban – RED.) hələ ki, səviyyə barədə məlumatım yoxdur", - o deyib.

Kabulov forumda Talibanla hansı mövzuların müzakirəsinin planlaşdırıldığı ilə bağlı suala cavab olaraq, əməkdaşlığın çox perspektivli istiqamətlərinin olduğunu qeyd edib.

“Ənənəvi olaraq, əfqanlar Rusiyadan neft məhsullarının və digər yüksək tələbatlı malların alınması üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Təbii ki, gələcəkdə Əfqanıstanın tranzit imkanlarından geniş regionla ticarət dövriyyəsini genişləndirmək üçün istifadə etməkdən danışmaq olar”, - diplomat bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN