Hərbi məhkəmə Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edərək, onu istintaq təcridxanasında saxlayıb.

REN TV-nin məlumatına görə, daha əvvəl bildirilmişdi ki, mayın 24-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi istintaqın Popova qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib. Məhkəmə qapalı keçirilib. Popova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb. Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı bütün ittihamları rədd edir.

İstintaq Komitəsinin məlumatına görə, Popov Zaporojye vilayətinin hərbi-mülki administrasiyasının humanitar yardım üçün aldığı 1700 tondan çox prokat metal məmulatları oğurlamaqda şübhəli bilinir.

Qeyd olunur ki, bu materiallar döyüş təmas xəttində mühəndis müdafiə qurğularının təchiz edilməsi üçün nəzərdə tutulub. Onların dəyəri 130 milyon rubl qiymətləndirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN