"Şirvan" gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, eyni zamanda gömrük rəsmiləşdirilməsi prosesində müvafiq dövlət orqanlarından tələb olunan icazə sənədləri barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması məqsədilə təşkil olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeni istifadəyə verilmiş lahiyələrin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin minimum endirilməsinə şərait yaratdığı vurğulanıb.

Tədbirdə həmçinin, gömrük bəyannamələrinin düzgün tərtib olunması ilə bağlı suallara ətraflı şəkildə izahlar verilib.

Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA