Livan İsraillə münaqişənin gərginləşməsini azaltmaq üçün Rusiyaya müraciət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə RBC Livanın keçmiş prezidenti Mişel Aunun müşaviri və Azad Vətənpərvər Hərəkat Partiyasının Rusiya ilə əlaqələr üzrə komissiyasının rəhbəri Amal Əbu-Zeydə istinadən məlumat yayıb.

“Biz Rusiyadan dəstək gözləyirik, çünki Rusiya şübhəsiz ki, mühüm rol oynaya bilər. Onun İran və Hizbullahla müəyyən əlaqələri var. Onlar hələ də israillilərlə danışa bilirlər”, - diplomat izah edib.

Əbu-Zeyd bildirib ki, o, Xarici İşlər Nazirliyi rəhbərinin müavini və Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla daimi əlaqə saxlayır və son bir ay ərzində onunla bir neçə dəfə əlaqə saxlayıb. O, həmçinin qeyd edib ki, Moskva Qərb ölkələrinin diqqətinə görə “açıq hərəkət etmir”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İsrailin Livana genişmiqyaslı hərbi hücumlarını pisləyir. O, mülki əhalinin tələfatı ilə nəticələnən ayrıseçkilikdən kənar hücumların qəti şəkildə yolverilməzliyi ilə bağlı Rusiya tərəfinin prinsipial mövqeyini vurğulayıb. Bundan əlavə, XİN nümayəndəsi hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA