Polisin Gelencikdəki “Əbədi məşəl” memorialında sərxoş vəziyyətdə yatdığını aşkar etdiyi iki turist inzibati həbs cəzasına məhkum edilib.

Tezadlar.az xəbər verir ki, Krasnodar diyarı məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatına görə, işlərə iyunun 5-də səhər saatlarında baxılıb.

“Hər iki şəxs məhkəmənin hökmü ilə inzibati xəta törətməkdə təqsirli bilinərək, hər biri 7 sutka müddətinə inzibati həbs cəzası alıb”, - deyə məhkəmələrin mətbuat xidmətindən bildirilib.

İşə kurort şəhərinin hakimi baxıb. İctimai yerlərdə sərxoş vəziyyətdə görünməyə görə 15 sutkaya qədər həbs cəzası nəzərdə tutulur.

Bundan əvvəl Sverdlovsk vilayətindən olan iki turistin "Əbədi məşəl"də sərxoş vəziyyətdə tapılaraq saxlanıldığı bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA