Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə (USQ) Rusiyaya xarici silahlarla hücuma icazə vermək qərarı münaqişənin genişlənməsinə və Moskvanın potensial ciddi reaksiyasına səbəb oldu.

Tezadlar.az xəbər verir ki, bunu Almaniyanın ehtiyatda olan generalı Roland Kater “Die Welt” telekanalının efirində deyib.

“Münaqişənin eskalasiyasının yeni mərhələsinə keçid baş verib. Və üfüqdə vəziyyətin daha da gərginləşməsinin baş verə biləcək mərhələlərini görürəm. Onlar müəyyən edilib və artıq müzakirə olunur”, - deyə ehtiyatda olan general bildirib.

O, həmçinin bildirib ki, NATO hərbi təlimçilərini Ukraynaya göndərmək və ya Rusiya ərazisində Qərb hava hücumundan müdafiə sistemlərindən istifadə etmək “Moskvanın ciddi reaksiyasına səbəb ola bilər”.

Bundan əvvəl Boloniya Universitetinin tədqiqatçısı Nikolo Fasola bildirmişdi ki, Qərb qırmızı xətləri keçərsə və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə xarici silahlarla zərbələr endirməsinə icazə verərsə, Moskva cavab tədbirləri görəcək. O əlavə edib ki, “həm Qərb, həm də Rusiya münaqişənin gərginləşməsindən qorxur”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA