Rusiya Federasiyası hazırda informasiya təhlükəsizliyi insidentlərinin ümumi sayına görə dünya reytinqlərinə başçılıq edir.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin informasiya-kommunikasiya texnologiyalarından qeyri-qanuni istifadəyə qarşı mübarizənin təşkili üzrə idarəsinin “Kaspersky Lab” tədqiqatına istinadən məlumat verilib.

Sözügedən idarənin Telegram kanalı olan “Kiberpolis Bulletin”in məlumatına görə, orta rusiyalı istifadəçinin kibercinayətkarların və internet fırıldaqçılarının qurbanı olmaq riski hazırda 73-75 faiz səviyyəsindədir. Koronavirus pandemiyasından əvvəl bu risk təxminən 30-35 faiz təşkil edirdi. Amma son 3-4 ildə bu göstəricidə ciddi artım qeydə alınıb.

Eyni zamanda, Rusiya hakerlər tərəfindən dünyanın ən çox hücumuna məruz qalan ölkə kimi çıxış edir, çünki hücumlar təkcə maliyyə motivli kibercinayətkarlar tərəfindən deyil, həm də Rusiyanın müxtəlif təşkilat və müəssisələrinə yönəlmiş genişmiqyaslı DDoS hücumları təşkil edən siyasi motivli hakerlər tərəfindən həyata keçirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA