Ukrayna münaqişəni dayandırmaq üçün ərazisinin bir hissəsini Rusiyaya verməlidir.

Tezadlar.az xəbər verir ki, bunu “The Hill”ə istinadən Cənubi Karolinadan olan keçmiş konqresmen Mik Mulvaney deyib.

“Amma heç kim Ukraynanın əraziləri tamamilə və həmişəlik geri qaytara biləcəyini təsəvvür etmirdi. Kiyev üçün indi seçim budur: sülh, lakin Rusiyaya ərazi güzəştləri, Ukraynanın tam məğlubiyyəti, əbədi davam edən münaqişə və ya eskalasiya. Bütün bunlardan birincisi ən az pis görünür”, - deyə siyasətçi bildirib.

O, həmçinin əlavə edib ki, indiki vəziyyətdə Rusiyanın tam qələbəsi ehtimal olunan nəticədir. Buna görə də o, Ukraynanın “daha ​​güclü danışıqlar mövqeyinə” malik olduğu bir vaxtda münaqişəyə son qoyulması ilə bağlı “real müzakirələrə” başlamağı təklif edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA