Birləşmiş Ştatlar “10-12 trilyon dollar dəyərində” təbii sərvətlərə sahib olan Ukraynaya Kiyevdə “ən yaxşı biznes partnyoru” olmaq və bu aktivlərə çıxış əldə etmək üçün kömək etməlidir.

Tezadlar.az xəbər verir ki, bu fikirləri “CBS News” telekanalında amerikalı senator Lindsi Qrem deyib.

Aprelin sonunda ABŞ prezidenti Co Bayden Ukraynaya 61 milyard dollar məbləğində yeni hərbi yardım paketinin ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənədin qəbulu uzun müddət ABŞ Konqresində respublikaçılar tərəfindən əngəllənib.

Lindsi Qrem-ə görə, Birləşmiş Ştatlar Ukraynaya “müharibədə qalib gəlmək üçün kömək etməlidir, çünki onu itirmək qəbuledilməzdir”.

“Əgər biz indi Ukraynaya kömək etsək, o, xəyal etdiyimiz ən yaxşı biznes tərəfdaşı ola bilər. Kritik mineral ehtiyatlarda olan bu 10-12 trilyon dolları Putin və Çinə verməkdənsə, Ukrayna və Qərb istifadə edə bilər”, - senator vurğulayıb.

O, Kiyev hakimiyyətinin “qızıl mədənində” oturduğuna və Rusiya və Çinə “10-12 trilyon dollar dəyərində” aktivlərin verilməsinin “sadəcə gülünc” olduğuna əmin olduğunu bildirib.

Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov qeyd edib ki, Qərb hələ 2013-cü ildə iqtisadi inkişaf üçün xahiş etdiyi 160 milyard dolları Ukraynaya verməkdən imtina edib, lakin asanlıqla ölkənin dağıdılması və ölümü üçün eyni pulu verməyə razılaşıb. 2023-cü ilin sonunda ABŞ administrasiyası ABŞ Konqresinə bir sıra Amerika ştatlarının Ukraynaya hərbi yardım vasitəsilə 27 milyard dollar məbləğində gəlir əldə etdiyi barədə məlumat yayıb.

ABŞ prezidenti Co Bayden isə xalqa müraciətində qeyd edib ki, Ukraynaya əlavə yardımın ayrılması “dividendlər gətirəcək”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA