Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti praktiki təlim keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, təlim zamanı “Azelab” MMC-nin mütəxəssisləri tərəfindən gənclərə laboratoriya şəraitində su və torpaq nümunələrinin tərkibinin təyin olunması, spektrometrik və titrimetrik analiz metodları göstərilib, onlar sadə ilkin analizlərin aparılmasında iştirak ediblər.

Laboratoriya şəraiti tələbələr tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA