Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Sergey Qayduk və Ukrayna Milli Qvardiyasının komandirinin keçmiş birinci müavini Vladimir Kondratyuk barəsində axtarış elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən yazır.

Onlar haqqında məlumat şöbənin məlumat bazasında meydana çıxıb.

"Qayduk və Kondratyuk cinayət maddəsi ilə axtarışdadır", - agentliyin həmsöhbəti qeyd edib.

Müstəntiqlərin fikrincə, onların rəhbərliyi altında Donbas çoxlu atəşə tutulub, nəticədə, üçü uşaq olmaqla 166 nəfər yaralanıb və həlak olub, 60-dan çox mülki infrastruktur obyekti dağıdılıb.

Xatırladaq ki, 2024-cü il iyunun 2-də RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Luqanskda görüş keçirib.

Tədbirdə bildirilib ki, İstintaq Komitəsinin müstəntiqləri Ukrayna Silahlı Qüvvələrinin 458 hərbi qulluqçusu barəsində 296 cinayət işini məhkəməyə verib. 250 nəfərə hökm oxunub, 32 nəfərə ömürlük həbs cəzası verilib. Bundan başqa, görüşdə Qayduk və Kondratyuk ittiham olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN