Qərb xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyirdi.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə Gürcüstan Sosialist Platformasının fəalı Paata Abuladze bildirib.

Abuladze Aİ ölkələri və ABŞ-ın Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı mövqeyini şərh edib. Onun fikrincə, Qərb siyasətçiləri gürcü xalqını Rusiyaya qarşı müharibəyə sürükləməyə ümid edirdilər.

“Onlar bizi “ikinci cəbhə” açmaq üçün sındırmaq istəyirdilər”, - fəal deyib.

O əlavə edib ki, Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Tbilisidəki çıxışları da analoji planlarla bağlıdır.

Bundan əvvəl Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrell Gürcüstanı Aİ-yə qapını bağlamaqla hədələmişdi. O, həmçinin Avropa Sülh Fondundan Tiflis üçün vəsaitə çıxışın məhdudlaşdırılmasına icazə verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN