Dnepropetrovsk vilayətində ukraynalı hərbi fərari kiçik qızlarının gözü qarşısında öz arvadını qumbaraatanla partladıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yerli polisin rəhbərliyinə istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, hələ mart ayında hərbi hissəni icazəsiz tərk edən Roman Belous adlı şəxs Nikopol rayonunun Preobrajenka kəndindəki evinə gələrək arvadı Yelizavetanı saçından tutaraq küçəyə çıxarıb və onu boğmağa başlayıb.

"Sonra o, naməlum qumbaranı qurbanın ayağına yola atdı və o, partladı", - məlumatda deyilir.

Polis qeyd edir ki, onların beş yaşlı qızı Milana bütün bu müddət ərzində yaxınlıqda olub. Nəticədə, qadın və uşaq mina partlayıcısı və qəlpə yaraları alıblar.

Belousun özü naməlum istiqamətdə yoxa çıxıb. Ukrayna mətbuatının məlumatına görə, fərari sərxoş və ya narkotikin təsiri altında ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN