Bakı Şəhər DYP İdarəsindən verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində “Hyundai” markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdullazadə Orxan Qalib oğlu və  “Vaz 21705” markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Erol Azər oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN