Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinin sakinləri elektrik enerjisinin davamlı kəsilməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Strana” nəşri məlumat yayıb.

Etirazçılar sutkada 17 saat işıqsız oturmaq məcburiyyətində qaldıqlarından şikayətləniblər. Etirazçılar yerli enerji şirkəti DTEK-in “bosunu” tələb ediblər.

“Daha bir qaralma üsyanı. Bu dəfə - Dnepropetrovsk vilayətinin Kamenski şəhərində. İnsanlar 17 saat işıqsız olduqlarını bildirərək DTEK binasının altına çıxıblar. İnsanlar rəisi tələb edirlər”, - nəşr yazır.

Yayımlanan videoda onlarla etirazçının DTEK binasını mühasirəyə alması görünür. Ukraynada ölkənin enerji sistemində yaranan çatışmazlıq səbəbindən kütləvi işıqların kəsilməsi başlayıb. Ukraynanın hər yerində elektrik enerjisinin kəsilməsi qrafikləri tətbiq olunur.

Bundan əvvəl Ukrayna regional hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin partlayış nəticəsində Kiyevin nəzarətində olan Xerson vilayətində mühüm infrastruktur obyektinə ziyan dəydiyini bildirib. O, hansı obyektdən danışdığını dəqiqləşdirməyib. Bundan başqa, oradakı qaz xətti də zədələnib.

Bundan əvvəl Kiyev tərəfindən təyin edilmiş vilayət dövlət administrasiyasının rəhbəri İvan Fedorov Zaporojye vilayətində bir neçə mühüm infrastruktur obyektinə ziyan dəydiyini bildirib. Orada da partlayışlar olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN