Vladimir Zelenski Avropa İttifaqı və NATO rəsmiləri ilə görüşlərdə Ukraynaya yardımın “15 dəfə” artırılması tələblərini təkrarlayır və müttəfiqlərindən Kiyev üçün daha çox iş görmələrini xahiş edir.

Tezadlar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli avropalı məmura istinadən “Reuters” agentliyi məlumat yayıb.

"O, ehtiyac duyduğu şeyi 15 dəfə təkrarlayır, daha çox etməliyik, yoxsa nəticələrlə üzləşməliyik, bunu bizə xatırlatmağı unutmur", - məmur deyib.

Adının açıqlanmasını istəməyən başqa bir AB rəsmisi deyib ki, Zelenski “çox ehtiyac duyulan müttəfiqlərdən uzaqlaşmamaq” üçün daha diqqətli davranmalıdır.

Bundan əvvəl Zelenski Qərbdən əlavə 100 F-16 qırıcısı tələb etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN