Finlandiya parlamentinin qaçqınların geri qaytarılması ilə bağlı qanunun qəbulu Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması demək deyil, onların açılması təhlükəsizlik şəraitindən asılıdır.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib.

“Keçid məntəqələrində təhlükəsizlik daim nəzarətdə saxlanılır, məsul şəxslər sərhəddə təhlükəsizliyin yaxşılaşdığını bildirən kimi açılacaq”, - Rantanen parlamentdə keçirdiyi brifinqdə qanunun qəbulu ilə əlaqədar Rusiya ilə sərhəddə keçid məntəqəsinin açılmasını gözləmək olarmı sualına cavab verərkən deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN