İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatdan sonra onlarla cəsəd tapılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Tell əl-Hava şəhər ərazisini tərk etdikdən sonra mülki müdafiə qüvvələri azı 60 ölü cəsədi aşkarlayıb. Ərazidə dağıdılmış küçələrdə tikililərdə həlak olan və yaralananların axtarışları davam edir. Qəzza Mülki Müdafiəsi bildirib ki, həlak olanların əksəriyyəti bütöv ailələr, qadınlar və uşaqlardır.

Qəzza hökumətinin mətbuat xidmətinin rəhbəri İsmayıl əl-Təvabta İsrail qüvvələrini Qəzza şəhərində “planlı qırğın” törətməkdə ittiham edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya təcavüzü başlayandan bəri ən azı 38 345 fələstinli həlak olub, 88 295 nəfər isə yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN