Donald Trampın qızı İvanka Pensilvaniyada atasına qarşı sui-qəsddən sonra hüquq-mühafizə orqanlarına operativ işlərinə görə təşəkkür edib. O, həmçinin X sosial şəbəkəsində atasını “bu gün və həmişə” sevdiyini yazıb.

“Atama və Pensilvaniya ştatının Butler şəhərində bugünkü mənasız zorakılığın digər qurbanlarına olan sevginiz və dualarınız üçün təşəkkür edirəm. Mən Məxfi Xidmətə və bütün digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına çevik və qətiyyətli hərəkətlərinə görə minnətdaram. Ölkəmiz üçün dua etməyə davam edirəm. “Mən səni sevirəm, ata, bu gün və həmişə", - o deyib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden əsas siyasi rəqibinin mitinqində güllələnməni pisləyib və respublikaçının hazırda təhlükəsiz olmasından sevincini bildirib. O qeyd edib ki, Amerika xalqı da birləşməli və bu əməli pisləməlidir, çünki ABŞ-da siyasi zorakılığa yer yoxdur. Eyni zamanda, onun sözlərinə görə, hadisəni dəqiq sui-qəsd adlandırmaq üçün əlində faktlar yoxdur.

ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi də öz növbəsində amerikalıları Pensilvaniyada qətlə yetirilən Tramp üçün duada birləşməyə çağırıb. Onun fikrincə, bu saatda hər kəs fərqləri unutmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN