Gürcüstanda may ayında qəbul edilən xarici agentlər haqqında qanun hələ bir neçə həftədən sonra qüvvəyə minəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin təhsil, elm və gənclərlə iş üzrə komitəsinin rəhbəri Givi Mikanadze brifinq zamanı bildirib.

"Bir neçə həftədən sonra bu qanun qüvvəyə minəcək və biz proseslərin necə inkişaf etdiyini görəcəyik", - o deyib.

Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (9,1 min dollardan çox) məbləğində cərimələnəcəklər. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN