Moskva yaxınlığındakı Jukovskidə istintaq orqanları yol-nəqliyyat münaqişəsi zamanı yerli sakini baş nahiyəsindən armaturdan aldığı zərbə ilə öldürən şəxsə qarşı ittiham irəli sürüb.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hücum edən şəxsin əməlləri “Qətl” maddəsi ilə tövsif edilib.

Bu gün istintaq təqsirləndirilən şəxslərin həbs olunması üçün vəsatət qaldırmağı planlaşdırır.

Xatırladaq ki, qətl iyulun 13-də axşam saatlarında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, iki hərəkət iştirakçısı arasında yol-nəqliyyat münaqişəsi yaranıb. Qarşılaşma zamanı kişilərdən birinin başına armaturla zərbə endirilib. O ölüb. Mənbənin verdiyi məlumata görə, ölən 40 yaşlı Sergey K. Təcili yardım maşını hadisə yerinə gələnə kimi dünyasını dəyişib.

Faktla bağlı “Zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb.

İstintaq orqanları bu münaqişənin hansı şəraitdə baş verdiyini aydınlaşdırıblar. Müəyyən edilib ki, münaqişədə zərərçəkmiş şəxs və bir qrup şəxs iştirak edib. Həmin şəxs rəqiblərindən birinin üzünə bibər qazı vurub və buna cavab olaraq “dəstək qrupunun üzvü” onu çiləyən şəxsin başına armaturla zərbə endirib. Zərərçəkən hadisə yerində ölüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN