Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktını Orta Asiya və Avropa ölkələrinin, o cümlədən rusların təmsilçilərindən ibarət beynəlxalq komanda təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rosfinmonitorinqin rəhbəri Yuri Çixançin Federasiya Şurasında çıxışı zamanı bildirib.

““Krokus Siti”yə gəlincə, mən hələ çox danışmazdım, çünki araşdırmalar davam edir, amma deyə bilərəm ki, bu, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq komandadır orada çoxlu ruslar var", - o deyib.

Bundan əvvəl Rosfinmonitorinq rəhbəri qeyd edib ki, “Crocus City Hall”-da baş verən terror aktı digər məsələlərlə yanaşı, kriptovalyutadan istifadə etməklə maliyyələşdirilib. Onun sözlərinə görə, hücum diqqətlə planlaşdırılıb və onun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadə edilib. Çixnaçin onu da qeyd edib ki, bir çox ölkələr terror aktının təhqiqatında Rusiyaya kömək etməyə hazır olduqlarını bildiriblər, çünki onlar bir fenomen kimi terrorun dayandırılmasında maraqlıdırlar.

Xatırladaq ki, martın 22-də axşam Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN