Oryol vilayətinin Zaleqoşenski rayonunun sakini partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz satışı, eləcə də eyni əməlləri törətməyə cəhdlə bağlı iki cinayət işində şübhəli bilinib.

Tezadlar.az xəbər verir ki, FTX-nin Oryol vilayəti üzrə şöbəsinin məlumatına görə, müttəhim qadağan olunmuş əşyaları satarkən cinayət başında yaxalanıb. Ondan 10 sənaye partlayıcı qurğusu və yeddi kiloqramdan artıq partlayıcı maddə götürülüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs həbsdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN