Rusiya Müdafiə Nazirliyi daha iki Ukrayna pilotsuz təyyarəsinin Bryansk vilayəti üzərində gecə saatlarında məhv edildiyini bildirib.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə aviasiya tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisi üzərində iki pilotsuz uçuş aparatını məhv edib”, - idarədən bildirilib.

Hərbi idarə daha əvvəl gecə saatlarında Belqorod vilayəti üzərində bir, Voronej vilayəti üzərində iki pilotsuz uçan aparatı məhv etdiklərini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN