Fələstin lideri Mahmud Abbasın Moskvaya səfəri avqustun 12-14-nə planlaşdırılıb. Bu tarixlərdə o, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə diplomatik mənbə bildirib.

Bir qədər əvvəl Fələstin liderinin ofisi agentliyə Abbasın avqustun 18-də Rusiyaya səfər edəcəyini bildirib. Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, artıq dəqiq tarixlər razılaşdırılıb.

“O, avqustun 12-də gələcək. Putinlə danışıqlar avqustun 13-nə planlaşdırılır. O, ayın 14-də yola düşəcək”, - mənbə bildirib.

Bundan əvvəl Donald Trampın ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsinin ertəsi Vladimir Zelenski ilə telefonla danışacağı məlum olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN