Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.

Belə həkimlərimizdən Şahlar Hüseynov, Səbinə Məmmədova, Esmira Əliyeva, Gülşən Dikmən, Vəfa Sadıqova, Hümbət Abbasov, Ceyran Əhmədova, Aynur Əliyeva, Taryel Ömərov, Ramida İbrahimova, Sərdar Əliyev və digərlərinin adını çəkmək olar ki, onlar daim əhaliyə tibbi xidmət göstərirlər.

Onlar üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər. Biz də öz növbəmizdə belə tibb işçilərinə uğurlar arzulayırıq.

Ceyhun

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN