İsrail lazım olan hər vasitə ilə özünü müdafiə etmək niyyətindədir, ona hücum edən hər kəs “çox yüksək qiymət ödəyəcək”.

Tezadlar.az bildirir ki, bu bəyanatı Yəməndəki husi hədəflərinə cavab zərbələri endirdikdən sonra Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu verib.

"Biz (İsrail) özümüzü hər vasitə ilə və bütün cəbhələrdə müdafiə edəcəyik. Bizə hücum edən hər kəs təcavüzünə görə çox yüksək qiymət ödəyəcək", - Netanyahu xüsusi videomüraciət zamanı bildirib.

“Sabit və təhlükəsiz Yaxın Şərqi görmək istəyən hər kəs, istər Yəməndə, istər Qəzzada, istərsə də Livanda İsrailin İrana və onun müvəkkillərinə qarşı mübarizəsini dəstəkləməlidir”, - o əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN