İsrail Müdafiə Qüvvələrinin (İMQ) Yəmənin Hudeyda şəhərində neft anbarına endirdiyi hava hücumunda 12 İsrail təyyarəsi iştirak edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

“Hudeyda limanı F-35 qırıcıları da daxil olmaqla 12 İsrail təyyarəsi tərəfindən hücuma məruz qalıb”, - deyə yayımçı iddia edir.

Bundan əlavə, Husi Ənsar Allah hərəkatı hökumətinin Səhiyyə Nazirliyinin nümayəndələri “Al Masirah” telekanalına hücumun neft anbarına edildiyini, atəş nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyiblər. Onların sayı açıqlanmır.

Xatırladaq ki, iyulun 20-də İD Yəmənin Hudeyda şəhərinin limanına hava zərbəsi endirib.

Daha əvvəl bildirilmişdi ki, Husilər Təl-Əvivə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Nəticədə, 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb. Zərbə dalğası yaxınlıqdakı tikililərə ziyan vurub, küçə dağıntılarla dolu olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN